Sevgilim, tut əlimdən,Gedək üzü küləyə,Rahatlıq gəzmirəm mənGedək üzü küləyə.

Qoy göynəsin üzümüz,Qoy yaşarsın gözümüz.Bükülməsin dizimiz,Gedək üzü küləyə.

Yollar daşlı-kəsəkli,Yollar çənli-çisəkli,Yollar qarlı-küləkli,Gedək üzü küləyə.

Min axşamla, səhərləBiz üzləşək hünərlə.Günlərlə, həftələrləGedək üzü küləyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets