Mənim yüz əlli yaşlım
Mənim yüz əlli yaşlım,Mənim cavan həsrətim.Mənim gözləri yaşlım,Əfsanəm, həqiqətim!..
Dayan, süzüm boyunu,Dayan, bir məni dinlə.Qardaş-qardaş oyunuGəl oynayaq səninlə.
Bu oyuna haçaqdırTamaşatək baxırıq.Bəs nə vaxt olacaqdırBu oyunun axırı?
Yüz əlli il çəkərmiBir oyun bir tamaşa?Belə həsrət çəkərmi,Söylə, qardaş qardaşa?
Sandım yüz əlli ildəQarıyıb qocalmısan.O görkəmdə, o dildə –Eləcə də qalmısan.
Gözlərində kədərinQarışığı, rəngi var.Səsində nəğmələrinCidalı var, cəngi var.
Görüşməkçin biz gərəkYol gələydik neçə il.Görüşməkçin biz gərəkYol gələydik neçə mil.
Mən gələydim Bakıdan,Sən Təbrizdən gələydin.Aşaydın pünhan-pünhanDağdan, düzdən – gələydin.
Biz səninlə gör harda –Qlazqoda görüşdük.Bu əcnəbi diyardaDüşüb oda görüşdük.
(Şotlandiya, bununçünSəni abad olasan!Qırıb zənciri bir günGörüm azad olasan!)
Vətəndə – doğma yerdəÜç addımdır aramız,Lakin qürbət ellərdəMəlhəm tapdı yaramız.
Lal olduq sən də, mən də,Döndük heykələ birdən.Özümüzə gələndəBu şeri söylədin sən:
“Ulduzları saya-sayaİnsan ayaq qoyur Aya.Mənim bu taydan o tayaƏlim çatmır sənə, qardaş!”
Dayan, sən ki kimyagərsən,Tələbəsən bu diyarda.Necə yazdın o şeri sən,Kimya harda, şeir harda?
Yoxsa ki, bu şer deyil,Bir həsrətdir, gəldi dilə?Yoxsa keçən yüz əlli ilŞair edib səni belə?
Şairləri şair edənGörünür ki, həsrət olub.Nəsibimiz bizim nədən,Qardaş, elə möhnət olub?
Ölçmək üçün bu həsrətiTapın ölçü vahidi siz,Bu zilləti, zəlalətiÇətin ölçə biləsiniz.
Ölçülərə çətin sığar,Yox, o adi möhnət deyil.Onun bircə ölçüsü var:Yüz əlli il!Yüz əlli il!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-menim-yuz-elli-yaslim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
OlaKönül sevdi gözəllərin xasını,Qasidin əlində naməlum ola.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,