Könül sevdi gözəllərin xasını,Qasidin əlində naməlum ola.Qarşıda naməlum,Hicran çəkdim naməlum,Rəqib evin yıxılsın,Yurdun olsun naməlum.Bir eyvan otaqda sürəm səfasın,Ağ tər sinəsində nəm əlim ola.

Yaxşı olar gözəllərin halalı,Qəvvas çəkər dəryalardan ha ləli.Qarşıda halalı,Sirr ver, görsən halalı.Gözəlin bivəfasıAxır canın hal alı.Sən də çalış, haqdan dilə halalı,Haramdan dövlətim, nə malım ola.

Aşıq Hüseyn, dərdin yetər bir yüzə,Canan gəlsə canım verrəm bir üzə;Qarşıda bir üzə,Ördək göldə bir üzə,Bağban, yad qoyma bağa,Bir sındıra, bir üzə.Nütfədən qarışan verər büruzə,Nə fitnəsi kəsər, nə məlum ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets