Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs,Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.
Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqınKim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.
Hali-zarimdən səni əfğanım agah eylədi,Şükrlillah, oldu fəryadım mənə fəryadrəs.
Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım,Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.
Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə,Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs?
Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib,Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm,Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ey-konul-ol-xenceri-mujgane-eylersen-heves
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Yar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,