“Əhd eləmişəm, vətənə qayıdanda torpağı öpəcəyəm”(Fəxrəddinin qürbətdən yazdığı məktubundan)

Qayğısız gənc idin, düşdün qürbətə,Ömrünün bir ili zillətdə keçdi.Dözümsüz iradən dözdü möhnətə,Bəd yolu, düz yolu aradı, seçdi.

Gəzdin, yad zirvəyə quşun qonmadı.Süfrəndə bal varkən acı qum yedin,Bəsləyib qəlbində bir şirin andı –“Vətən torpağını öpəcəm...” dedin.

Atayam, ucaltdı bu əhdin məni,Beləcə görməkdi diləyim səni...Vaxt çatıb... həsrəti budayaq deyəYenə bildirkitək baxıram göyə.

Buludda bir nöqtə quşa çevrilir,Doğma yuvasına qonmağa gəlir.O sənsən, əzizim, tez ol, en görək,Qədəmin mübarək, əhdin mübarək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation