Qartal təyyarənin qalxdı dalınca,Dolandı qeyz ilə, süzdü qeyz ilə.Buluddan bir udum nəfəs alınca“Polad quş” çatmışdı uzaq mənzilə.

Dözə bilərdimi qartal bu dərdə,Toplayıb özünü şığıdı bir də.Şığıdı... Baxmadı sözə qanadı,Şimşəklər töküldü gözündən yerə.

Caynağı köksünü didib qanatdı,Qıy çəkib qəzəbdən o, təpdi nərə.Bir qaya üstünə sərili düşdü,Qüssəli gözüylə gözüm görüşdü.Dedim, qoca qartal, vüqarlı qartal,Baxma bu dövrana sən qərib-qərib.Üzməsin qəlbini, üzməsin məlal –Təyyarə uçmağı səndən öyrənib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets