Qırqovulun qiyməti
Taqətdən düşmədi ovçu qədəmi –Bir gənc düzü keçdi, təpəni aşdı.Tüfəngi ayaqda, axşama kimiMeşəni, kol-kosu gəzib dolaşdı.
Nə düzdə ceyran var, nə daşda kəklik,Nə bir dovşan izi suata gəlmiş.Bu yaşıl pöhrəlik, bu göy çəmənlikOvsuz yoxsul imiş, bəzəksiz imiş.
Bir vaxt qoşa-qoşa süzən turacdan,Əlvan qırqovuldan əsər görmədi,Əlacı hər yerdən üzülən zaman:“Qoruqçunu yola gətirrəm...” dedi.
O, qoltuq cibinə çırpdı əlini,Çırtıq vura-vura yola düzəldi,Gözünün üstünə tökdü telini,Ərköyün-ərköyün qoruğa gəldi.
Quşlar qəfil uçdu hər addımbaşı,Ürək pırıltıdan oldu qopası.Fikrinə gətirdi bir qazan aşı,Üstündə qırqovul, turac çolpası,
Qarğa şaqqıldadı, kollar titrədi.Oğlan yaman düşdü ov həvəsinə.Havaya bir patron boşaldıb dedi:“Qoy gəlsin qoruqçu güllə səsinə...”
“...Heç vaxt ayağını burda əyləməz,Çiynindən çıxarmaz tüfəngi ovçu...”Gəlib qaça-qaça, dinməz-söyləməzSeyr etdi o gənci qoca qoruqçu.
Bu baxış deyirdi: “ayıbdır, bala,Bir özgə əyləncə tapsana kefə”.Oğlansa işarə eylədi pula:– Əliboş de, necə qayıdım evə?!
Beş onluq verərəm beş qırqovula...– Onu qatığa ver...– Təhqirmi?! Məni?!– Bəs necə?! Dəyişmək olarmı pulaVətən torpağının gözəlliyini?!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-qirqovulun-qiymeti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ulusun var, elin var,Neçə milyon əlin var,
Şirin bir laylayamDağların başında bitən çiçəyəm,Hər əsən küləyə baş əymərəm mən.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
ÇəkərYazıya bax, gözəl gedir çirkinə,Əğyar olan alagözə mil çəkər.