Zümrüd tac
Qarabağ...Nə zaman çəkilsə bu adGözümün önündə bir qız dayanır:Hörüyünün kökü buz tutub qat-qat,Atlaz paltarınınƏtəyi yanır...
Qarabağ –Mehriban, gözəl, vüqarlıYurdumun qızıdır,Kamalı dərin.
Qarabağ –Sinəsi şerli, tarlı,Döşü havalıdır, ləhcəsi şirin.Yer üzü dinləyir zənguləsini.
Ağır yığnaqlıdır,Söz-söhbətlidir.Görənlər o qızın saf çöhrəsiniDeyər nə həyalı, nə ismətlidir!
Mərdlik zirehiyləDöşü sipərli,Nüşabə idraklı,Həcər təpərli.Əli buludlarda,Ayağı Kürdə,Açıq süfrəsinin qonağı saysız...Kim əsir istəyib,Onu bu yerdəBoynunu qılıncdan keçirib o qız!
– Bədxahı boğmaqçın qəsdinə duranXaçın, Qarqar onun qoşa saçıdır.Başının üstündə yanıb bərq vuranŞuşa Qarabağın zümrüd tacıdır!..
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-zumrud-tac
Use ← → keys to move, R for a random poem
More by this author
Şirinli-acılı ömür keçmişəm,Yaxşını, yamanı görüb seçmişəm,
Çatdı çətin günüm, ana, ay anaÇatdı çətin günüm, ana, ay ana,Bu halımda sizə gələ bilmirəm.
Əhdim-arzumQan tərin içində üzür saçların,Əlin-ayağınsa buza dönübdür.
Gözəl axtarıramSaçlarım qapqara, könlüm havalı,Bir gözəl gəzirdim qızlar içində.