Dolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.Ağçınqıldan qara çəni kənar et,Görünsün gözümə ağ, yavaş-yavaş.

Atdaş yaylağıdı ellərə bəlli,Min bir bulağı var, dərəsi selli,Görüm Löyü, qəlbim tapsın təsəlli,Dumanı dağlardan yığ, yavaş-yavaş.

Bəsti deyər: gözdə qaldı murazım,Həyanım yollardı, bir də ki, sazım.Hələ ki, ellərdən gəlir avazım,Deyirlər, yaşayır, sağ, yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland