Soruş
Nəyinə gərəkdi, gəlinəm, qızam,Bunu özümdən yox, ellərdən soruş.Dilinlə ürəyin bir qərar olsun,Düzü düz danışan, dillərdən soruş.
Boş danışma, boş başına zor olar,Boş başına dünya bir gün dar olar.Öz sözün özünə əqrəb, mar olar,Taleyini gələn illərdən soruş.
Taleyimin sultanı mən, xanı mən,Dürüst bax, Bəstiyəm, yaxşı tanı, mən.Başına çevirrəm bu dünyanı mən,Dünyanı düz gəzdim, yollardan soruş.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-besti-sorus
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
OlduAman fələk, mürvət fələk, dad fələk,Bidad fələk, zülmün nümayan oldu.
ŞərarəEy qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!