Hünərinə el hayrandı,Səni min yaşa, ay Məhəmməd!Camalına can qurbandı,Boyun tamaşa, ay Məhəmməd!

Beşaçılanın gülləsindən,Dağlar titrəyir səsindən.Koroğlu tək nərəsindən,Gözlər qamaşa, ay Məhəmməd!

Sən Bəstinin tərlanısan,Bu dağların aslanısan.Bu könlümün dastanısan,Sən gəl, keç başa, ay Məhəmməd!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets