Əbədiyyətin bir anı
Dedi: “gələcəyəm vidalaşmağa...”“Adam aldatmaq da, – dedim, – hünərmi?Bir an dayanmadan qabaq-qabağaDərənin dibinə zirvə enərmi?!
Gözəllər gözündə unudulmuşam,Nə vaxtdır yuvası cəh-cəhsiz quşam.Bəxtimi sınaram yenə bu axşam,Söz verib, sözündən, görək, dönərmi?..”
Mən bu xəyaldaykən qapı döyüldü,Açdım, sarı donlu o xanım güldü!Sarı qəndil idi, yox, sarı güldü!Əslində – qəndilmi, gülmü... bəşərmi?
Dedim: a qismətim, a nurlu çiçək,Yerişin, gülüşün, hər adan qəşəng,Naxışlı qədəmin-izin mübarək!Şəşi qoşa edən talemi, zərmi?!
Gəldin – gəncliyimi gətirdin, sağ ol!Əlçatmaz arzuma yetirdin, sağ ol!Xətrimdə bənövşə bitirdin, sağ ol!Eşqin rayihəli odu sönərmi?
Tezcə ayrılmaqdı, duydum, niyyətin,Odumun üstünə od qoydu şərtin.Məni məndən edən bu ünsiyyətinBilmirəm axırı xeyirmi, şərmi?
Sevda məqamında əbədiyyət var,Onun hər anından nişanə qalar.Taledən bir kəsim versən yadigar...Heç belə bir bəxşiş ələ düşərmi?
Qənd yemiş qumrutək sən gülə-güləDedin: “iştəhanı bir az az elə...”Tale verdiyini belə gözələGörən özgəsinə bir də verərmi?
Getdin tələsərək, getdin qaçaraq,Tənha çıraq kimi şölə saçaraq,Yanınca bir xəyal... o mənəm ancaq!Baxın, gedən təkmi... iki nəfərmi?!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-ebediyyetin-bir-ani
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Fate
Həmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Gözüm yolda qaldı, könül intizarGözüm yolda qaldı, könül intizar,Gəlmədi canandan bir xəbər mənə.
Fəda olum sənə, ey Yusifi-zəmanə balamFəda olum sənə, ey Yusifi-zəmanə balamKi, gəlməyib dəxi mislin sənin cahanə, balam.