Bu gün gecə növbəsində, xəstəxanadaTibb bacısı, tibb qardaşı əyləşib qoşa.Elə bil ki, bu binada yoxmuş dərd-qada.Deyə-gülə danışırlar onlar baş-başa.Önlərində neçə “xəstə tarixcəsi” var –Səslər həkimi,İniltini, sızıltını dinləyir onlarMusiqi kimi.Baxışdıqca düşdülər də hey təbdən-təbə,Səbir qalmadı...Xəstələrsə təşnə durub iynəyə, həbə,Aram olmadı.Palatadan gələn zənglər haray qopardı –“Eşitmədilər”;Kimini qan, kimisini isti apardı,“Dözsün!” – dedilər.Təbabətdən şəfa, nicat diləyən əllərUzalı qaldı;O gənclərsə gah nəşəli, gah da mükəddərXəyala daldı:Bəlkə... əsl məhəbbətdir, gələrək diləDoğulur bu gün?!“Eşqə” bax ki, insaf-mürvət onun əliləBoğulur bu gün...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets