Yayın qızmarında çıxdıq şəhərdən,Boz bürüncək kimi bürkünü atdıq.Keçdik dolaylardan, sıx meşələrdən,Gözəllik məkanı Göy gölə çatdıq.

Yorğundu maşın da, yorğunduq biz də,Dincəlmək həvəsi ürəyimizdəEndik çiçəkləri şehli sahilə,Sərin, təravətli, mehli sahilə.

Təbiətdə nə kin, nə şər, nə qərəz,Dolaşır hər yanı təmiz bir nəfəs.Təmizdir o şamlıq, o yamac, o çöl,Paklığın özüdür elə bil Göy göl.

Hüsnünə doyunca hələ baxmamış,Qoynundan gül dərib döşə taxmamışBirisi təlx etdi ovqatımızı.O, cibindən razı, özündən razı

Dedi: “Nə baxırsız, göl görməmisiz,Meşə görməmisiz, çöl görməmisiz?Buyurun, keyf məndə, damaq da məndə,Səxavət də məndə, araq da məndə...”

Dərhal hiss elədik sərxoşluğunu,Yan-yörədən nişan verdilər onu:

İmtahan götürüb rüşvət alanmış,Nəfsiylə tanış da, yad da talanmış.

Nəfəs çəkmək olmur üfunətindən,Qeyrətin, vicdanın atıb daşını.Çıxmış yüz tələdən, minbir ütüdən,Bişirən olmayıb hələ aşını.

Qudurub yolunu o, aza-aza...Birdən nə düşünüb, nə daşındısaBir qom pul çıxarıb dedi: “Götürün,Məni evimizə tezcə yetirin...”

(Var öz maşını da özgə adına,Vaxt olur, yetişmir öz imdadına.)

Hökmlü ədayla o baxdı mənə.Gözlər qanqırmızı, sinə alatəş...Dedim:– Gəl, əyləş!

Ayağım yorulub, qolum yorulub...Fəqət Göy gölümün əziz xətrinəZibil maşınına sürücü olubBu pak təbiətdən yüz milyon çərəkSəni uzaqlara tullayam gərək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets