Zərdüştün xülyaları
Üç min il keçəcək dönəcək zamanBatacaq yaslara xain Əhrimən,"Təsliməm" - deyəcək ulu Hürmüzə,Qaranlıq gecələr dönüb gündüzə,Əlvida deyəcək qaranlıqlara...Günəş höküm edəcək borana, qara.Yerdən çəkiləcək soyuq və azar,Hər günün, gecənin bir qanunu var.Ətirlər saçacaq ətrafa güllər,Gecənin qoynunda ötən bülbüllərSəs-səsə verişib toy başlanacaq.Həyat seviləcək, alqışlanacaq...Aşıb-daşacaqdır bağlar, bağatlarO vaxt uzanacaq günlər, saatlar,Gecənin ömrüsə gödələcəkdir!Tarixə böylə bir gün gələcəkdir!Düşəcək sulara ulduzlar, aylar.Artıq olmayacaq körpüsüz çaylar,Əriyib axacaq dağların qarı,İlanlar mələşən çöllərə sarı.Yaşıl don geyəcək susuz yamaclar,Boysuz olmayacaq otlar, ağaclar.Dünyanın şöhrəti olacaq insan,Nə azar qalacaq, nə olüm, nə qan.İnsan oğlu yer üzünəGəldiyindən ta bu günəQapılmışdır xəyallara...İstərmisən? Get də ara.Sirri dərin, fikri dərinDaş ürəkli əsrlərinƏfsanələr ocağını!Al da onun sorağınıDivarları uçub qalmışYazısını tozlar almışMəbədlərin görüşündən...Gəl oxucum! Yaxın gəl sən!İnsan oğlu azad bir quşƏzəldən o məftun olmuşAzadlığın xülyasına.Atıldıqca dəryasına,Xəyalların, fikirlərin,Bəzən dayaz, bəzən dərinDənizlərdə kürək çəkmiş...Tarix nələr görəcəkmiş!O gəzdikcə hər ölkəniDənizlərin ağ yelkəniDalğaları yara-yara,Yellənmişdir uzaqlara.Dənizlərdə qopan ruzgarQasırğalar, fırtınalarQuduz kimi hey qudurmuşİnsanla üz-üzə durmuş.Gəl, ey Zərdüşt! Gəl də dinlə!Hesablaşaq biz səninləTarix uzun bir körpüdürƏfsanədən həqiqətə...Bax insana, təbiətə,Bax gecəyə, bax gündüzə,Sığındıqca sən Hürmüzə,Xəyalların söndü göydəYer başına döndü, göy də.Daha bilməm keçdi nələrSən ey sirlər, əfsanələr,Dünyasının böyük başı!Ulduzların ilk sirdaşı!Uzaqdansa dinlə barıSəndən sonra olanları!İnad bəşər yorulmamış,Nə yay bilmiş, nə də ki, qışNə soyuqdan, nə istidən,Nə alovdan, nə tüstüdənQamaşmışdır gözlərimiz.Dəryaların sirrini bizÇox aradıq, çox axtardıq,Gedər-gəlməzlərə vardıq...Bizim cəsur elçilərdənBir parası batıb hərdənGirdabları yara-yaraYem olmuşdur balıqlara!Yerin şöhrətidir əzəldən insan,İnsan yer üzünə tanrı gələli.Bir tərəfdə həyat, bir tərəfdə qan,Nələr yaratmamış insanın əli!Bəşər yorulmamış əsrlər boyuAçarsız, qapısız əfsanələrdən,Könül bir çeşmədir ki, onun suyuYağışlar altında bulanmış hərdən...Bir yanda şahların qan rəngli tacı,Bir yanda zəncirli qullar dünyası.Bir yanda bir quru çörək möhtacı,Sakit axşamları qərib röyası.Nəbilər, dahilər, ərlər, ərənlər,Həyat meydanında çapmış atını."İşıqlı bir günə yol göstərənlər",Tapdamış bəşərin xatiratını.
Kitabxana.az · https://kitabxana.az/en/works/vurgun-zerdustun-xulyalari
Use ← → keys to move, R for a random poem
More by this author
Mefistofel! Mefistofel! Səni ölmüş sanırdıq biz,Fəqət sağsan, "əfv elə" ki, görməmişdir gözlərimiz.
Kamala yetəkGəl ana torpağım! Gəl məni dinlə,Mən sənin qəlbindən qopan bir səsəm.
KəklikOnun qaydasıdır binadan, başdan,Hələ gün çıxmamış qalxıb obaşdan,
RustaveliXaqanilər, Nizamilər yetişdirən bir vətənin,Oğlu, qızı şeir yazır yubileyinə bu gün sənin.
Poems by other poets
Başının üstünə bax!– Durna qatarıdımı?
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,