Aşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.Əgər doğru isə gözümüz aydın,Barı gəlməyəydin çeşmi-yamana.

Əhli-haldan yəqin kəsmisən ülfət,Nadan ilə tutdun rəsmi-məhəbbət,Sifariş qıl mana ey bimürüvvət,Deyən varmı görüm bu sözü xana.

Hər kəs ki yolunda çəkdi çox cəfa,Bir gün vüsalından görmədi səfa,Nə dilin var ey Pəriyi-bivəfa,Fərhadi-şirinər, Məlik Aslana.

Qəzanın işini əgər bilirdi,Əl çəkib dünyadan çətin ölürdü.Sıçrayıb qəbirdən dişrə gəlirdi,Yetsəydi bu xəbər ol Mirzəcana.

Aşiq seyr eylədi, gəzdi cahanı,Görmədi sən təki bir bivəfanı,Qoynun içindəki bağü bostanı,Nə hasil tapşırdın naşı bağbana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets