Yandım o şəmiruyünə pərvanələr kimi,Oldum əsir zülfünə, divanələr kimi.

Könlümdə saxlaram ləbi-ləlin xəyalını,Meyxanələrdə mey dolu peymanələr kimi.

Qaşınla həmpiyalədi, guya ki, gözlərin,Çəkmişlər tiğ qətlimə məstanələr kimi.

Vurdun bu şişə könlümə səngi-məlaməti,Etdin şikəst yerdə sınıq şanələr kimi.

Olma rəqibə yar, rəva görmə, aşiqinBaxsın kənardan sənə biganələr kimi.

Yıxdın bu könlümün evini bir nigah ilə,Etdin xarab xaneyi-viranələr kimi.

Vahid, deyirlər təzədən meypərəst olub,Xəlqə nişan verim özüm, aya, nələr kimi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love