Bəzmi-şərabxanədə durdum ayağidə
Bəzmi-şərabxanədə durdum ayağidə,Verdi şərab saqi mənə bir ayaqidə.
Şəmi-şüai-hüsnünə yandırdı könlümü.Pərvanə rəsmdir ki, yanar şəbçirağidə.
Görmüş məgər o qönçə ləbin gülşən içrə gül,Olmuş şüküftə gülşən ora gül budağidə.
Ətri-gülab zülfünü hər kimsə iyləsə,Getməz ölüncə ətri qalar ol dəmağidə.
Sərvim ki naz ilə qədəmin qoydu gülşənə,Qıldı şikəst sərvi-qədi sərvi-bağidə.
Zülfü içində məskən edib könlümün quşu,Dil riştəsini incidib ol məh dərağidə.
Hər kim yetişdi dəhrdə vəsli-nigarinə,Vahid həmişə can verir rahi-fəraqidə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bezmi-serabxanede-durdum-ayagide
Use ← → keys to move, R for a random poem
More by this author
Kim der ki, ləli-nabinə kövsər deyilməyib?Mehri-cəmalına məhi-ənvər deyilməyib?
Dedi ol yar mənə: dəftərimiz evdə qalıbDedi ol yar mənə: dəftərimiz evdə qalıb,Eşqə dair yazılan sözlərimiz evdə qalıb.
Könlüm kimi, o zülfə yenə şanə bağlanıbKönlüm kimi, o zülfə yenə şanə bağlanıb,Can riştəsi o zülfi-pərişanə bağlanıb.
Firqətindən, ey ləbi qönçə, bu bağrım qan olubFirqətindən, ey ləbi qönçə, bu bağrım qan olub,Adətim bülbül kimi şamü səhər əfğan olub.
Poems by other poets · Love
Geçə-gündüz qan ağlaram,Göz yaşım ümmana getdi.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
با تو است آن یار دائم وز تو یک دم دور نیستگرچه تو مهجوری از او، وی ز تو مهجور نیست
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.