Könlüm vurulub bir güli-reyhanə Lerikdə,Bülbül kimi gəldim yenə əfğanə Lerikdə.

Yarım dağıdır zülfünü rüxsarinə hərdən,Eylər məni Məcnun kimi divanə Lerikdə.

Bülbül oxuyur, gül açılır badə əlində,Naz ilə gəlir məclisi-cananə Lerikdə.

Dağlar, təpələr aşiqi heyrətdə qoyurlar,Cəh-cəh səsi düşmüş yenə hər yanə Lerikdə.

Gəldikdə bahar fəsli çiçəklər açılırlar,Bülbül oxuyur aşiqi-məstanə Lerikdə.

Bülbül oxuyur, bir mən olam, bir də nigarım,Tən etsə də, neylər mənə biganə Lerikdə?

Vahid, o gün olsün, bizə də qismət olaydı,Ağuşa çəkəm yarımı mərdanə Lerikdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love