Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi,Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.
Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın,Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi.
Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə,Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi.
Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün,Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi.
Bəqasi mümkün olmaz, olsa gər divari-ömründəMəhü xurşiddən xiştü bina, əflakdən kaşi.
Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün,Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-teressuh-qebrimin-dasindan-etmis-cesmimin-yasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlim!Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Erdi qulağıma səhər çün hayü huyi-meykədəErdi qulağıma səhər çün hayü huyi-meykədə,Dər xastəm, kərdəm səfər ma niz suye meykədə.
Sənəm alLal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!