Deyil
Ağlaram yolunda, şəhri-Lənkəran,Bu el qürbət eldi, bizim el deyil.Yaz fəsli olanda, çox olar baran,Car olur çeşmimdən sel o sel deyil.
Bülbüləm, bağımda güllər bitməmiş,Rəhm eylə, tabıstan fəsli ötməmiş,Bir qərib cavanam, kama yetməmiş,Axtarıram gedəm, yol o yol deyil.
Sahibi-əvvəlim, həm axırımsan,Natiqi-ənbiya, hökmü dərinsən,İnsü cinn ağası, bəhrü bərimsən,Görünür ki, İman sana qul deyil!?
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-deyil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Nə qəm, əgər çıxa canım qəmi-fəraqınla,Əgər məzarımı bassan gəlib ayağınla.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Oy oda məniMən qürbətin qucağında yatıram,Bir kimsənəm yoxdu, oyada məni.
AyrıSəhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.