Hələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.Cəfanız çox olar, yəqin, il-ilə,Dərdinizi ruhi-cana deyərsiz.

Sərsəri fanidə qırılar canlar,Tökülər yaxında çox nahaq qanlar,Seçilməz haqq-nahaq, yolu qananlar,Məhəttəlik bu divana, – deyərsiz.

Ucalar dillərdə ah ilə fəryad,Bir tərəfdən olmaz eyləyən imdad,İstəkli dost dostun etməyəcək yad,Kəc dolanıb bu zamana, – deyərsiz.

Yanmaz, geçə çox çıraqlar qaralar,Gərdiş eli bir-birindən aralar,Pozular bağçalar, güllər saralar,Səfər edib biyabana deyərsiz.

Ömrə vəfa yoxdu, çoxdu cəfası,Bərhəm olsun bu dövranın əsası.Novrəs İmandakı dərdin binasıQurulubdu doğruyana, – deyərsiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love