Sallana-sallana bağa çıxanda,Sərv qamətindən xəcalət çəkər.Lalə yanağından, nərgiz üzündən,Qonça gülüşündən nədamət çəkər.

Nəstərən, bənöfşə çalışa yüz il,Çətindi ömrünə yetəndə müşkül,Əgər zülflərinlə bəhs etsə sünbül,Düşər ayaqlara qərabət çəkər.

Valehin bağrını eylədin büryan,Qurbanam yolunda ay əbrü-kaman,Mən deyiləm təkcə hüsnünə heyran,Həsrətini külli vilayət çəkər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring