Qarabağdan dov eləyib gəlirəm,Məndən dovtələbi varsa, de gəlsin,Cəhənnəmi bu dünyada göstərim,Hansı bəndə günahkarsa, de gəlsin.

Çıxaram meydana divanə nisbət,Pəhləvanam, Əbdülmərcana nisbət.Firona, Firdövsi, Salsala nisbət,Onlardan da xəbərdarsa, de gəlsin.

Mənəm şair Məhəmmədin növbatı,Aşıq Güllü, aşıq Cünun nabatı.Aşıqlıqda hər kəsdənin evladıValeh ilə bərabərsə, de gəlsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets