Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Cənnəti-ədn imiş üzün, üştə ləbin də kövsəri,Qədrü bərat imiş saçın, xalü xətin mələkləri.
Qaliyəbu saçınla çün can ilə vüslət etmişəm,Çini-tatarı bulmuşam ud ilə mişkü ənbəri.
Mə’dəni-ruh əgər desəm ləblərinə, əcəb degil,Cövhəri cövhəri bilir, sən mana sor bu cövhəri.
Hüsnü cəmali-surətin qiblədir, uşbu mə’nidənSurətinə sücud edər ay ilə şəmsi-xavəri.
Can ilə kim ki, könlünü eşqinə qılmadı vətən,Divə müsəlləm eylədi məmləkəti-Skəndəri.
Dairəsində sünbülün nöqtə günəşdir, ay ilə,Gör nə imiş bu nöqtənin daireyi-müdəvvəri?
Lövhi-zəmirə nəqşini sübhi-əzəldə yazmışam,Məhv eləməz bu səfhədən kimsə bu nəqşi-peykəri.
Üzünə qarşu, ey mələk, hüsnünü öymə kim, anaAy ilə gün sücud edər, anda pərin tökər pəri.
Kişvəri-əmnü afiyət, mə’rifətin kilididir,Ey məliki-zəmanə, gəl fəth edə gör bu kişvəri.
Həşrü hesabü məhşərə qail isən, gəl üştə görHəlqələrində zülfünün şol ərəsati-məhşəri.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gülşəkəri nə vəch ilə ağzına nisbət eyləyimKim, xəcil eylədi ləbin bal ilə qəndü-şəkkəri.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-cenneti-edn-imis-uzun-uste-lebin-de-kovseri
Use ← → keys to move, R for a random poem
More by this author
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,Küfrün sözünü dünyada iman dəxi bilməz.
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyəDərdə müştaq olmayan kimdir ki, dərman istəyə?Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.
Dərdü qəm ilə yandı könül, yar bulunmazDərdü qəm ilə yandı könül, yar bulunmaz,Çox darü diyar istədi, dəyyar bulunmaz.
Dərdmənd etdin məni, ey dərdə dərman erməniDərdmənd etdin məni, ey dərdə dərman erməni,Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Poems by other poets · Love
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Nəvayi-aşiqanəYaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.