Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.
Cövhəri olmaq gərəkdir, cövhəri bulmaq gərək,Hər kimin könlündə vardır, vara ol kan istəyə.
Can ilə, dünyavü üqba hər kim ol tərk etmədi,Müddəidir, sanma kim, ol vara canan istəyə.
Xizrlə zülmatını tanımayan heyvan kimi,Nə bilə kim, qanda vara, abi-heyvan istəyə?
Kim əzəl tanımadı kəndi vücudu şəhrini,Ol gədahimmət nə yoldan vara sultan istəyə?
Ənbərin zülfü anın, kim ki, dolaşdı boynuna,Başı top olsun anın, gər özgə çövkan istəyə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Zülfünün küfrün əgərçi əhli-fəzl iman bilir,Ey Nəsimi, sanma sən kim, kafər iman istəyə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-derde-mustaq-olmayan-kimdir-ki-derman-isteye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,