Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,Küfrün sözünü dünyada iman dəxi bilməz.
Buldum vücudun sübhi-əzəl vəhy ilə münzil,Vəchin sözünü dünyada bürhan dəxi bilməz.
İblis əzəli lə’nət olub lə’nətə qaldı,Lə’nət sözünü dünyada şeytan dəxi bilməz.
Musa əzəli qıldı vücudimi əsa çün,Musa sözünü dünyada Imran dəxi bilməz.
Muşkil oluban çün bu sözü bilmədi kimsə,Müşkil sözünü dünyada asan dəxi bilməz.
İnsan oluban camə geyib dünyaya gəldim,İnsan sözünü dünyada ehsan dəxi bilməz.
Lö’löi-əzəl şöylə könül dopdolu oldu,Lö’lə sözünü dünyada mərcan dəxi bilməz.
Düxan əzəli kim, sözünü vermədi yarə,Düxan sözünü dünyada düxan dəxi bilməz.
Gənci-əzəli şöylə könül daşdı töküldüGəncüm sözünü dünyada viran dəxi bilməz.
Ey badi-səba, var, xəbəri yarə ilət kim,Hüdhüd dilidir bunu Süleyman dəxi bilməz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Zülfünə başın top edibən qoydu Nəsimi,Zülfün sözünü dünyada çövkan dəxi bilməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-daldim-yene-bir-behre-ki-umman-dexi-bilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mark, where instruction pours upon the mindThe light of knowledge, simple or refined;
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Bir dil kanı ki yana odına bu nigârunBir dil kanı ki yana odına bu nigârunBir mey kanı ki ola devâ işbu humârun
GəlmədiYenə bahar gəldi, növbahar oldu,Niyə mənim şux baharım gəlmədi?