Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqab
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Çünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Həq əyan oldu sənə, ey məzhəri-zatü sifat,Kənzi-məxfi aşikar olduvü həm yovmül-hesab.
Xeymeyi-miad imiş gördüm vücudum sərbəsər,Kafü nundan iki yana hər tərəf əlli tənab.
Ol ki, bu sirri bilir oldu şəhi-Misri-vücud,Hökm anın, buyruq anın, ol sahibi-əmrü xitab.
Kirpigin, qaşınla zülfün sirrini məndən eşit,Ta sənə ərz oluna həm məniyi-ümmül-kitab.
Arifi-həq istərəm söz tanıya aləmdə kim,Söyləyəm məqsudumu ta ol verə gerçək cavab.
Divi-naməhrəm nə bilsin sirri-ərvahi-nəbi,Talibi-dünyayi-dundur nəfsi-nadanü kilab.
Sirri-pənc əlhəmd faş oldu zi vəchü dəstü pa,Ey kəlamüllahi-natiq, ta be key başi bexab.
Maqta — the closing couplet bearing the poet’s pen name. Valiyi-əhd oldun, ey Səyyid, zi Fəzli-ləmyəzəl,Gör nəder vali budur, vallahi-aləm bilsəvab.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-cunki-ref-oldu-uzunden-ey-sehi-xuban-niqab
Use ← → keys to move, R for a random poem
More by this author
Şahidi-laşərikə ləh şol sənəmin camalıdır,Leysə kəmislihi anın nun ilə mimü dalıdır.
Şəha, çün surətin FürqanımızdırŞəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Şəha, könlüm pərişan oldu sənsizŞəha, könlüm pərişan oldu sənsiz,Cigərim dopdolu qan oldu sənsiz.
Poems by other poets · Wisdom and advice
Ey könül, ol mənisiz cahili yar etməkmolur,Mənisiz cahil sözünə etibar etməkmolur.
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.
HüseynimHər səhərdə sənin adın söylənir,Hayıf gəldin bu diyara, Hüseynim.
QəriblikAhü-vay çəkibən, qan ağlamaqdan,Dönübdü ciyərim qana, qəriblik!