Ey könül, ol mənisiz cahili yar etməkmolur,Mənisiz cahil sözünə etibar etməkmolur.

Həm onun qovli xətadır, həm qərari bivəfa,Öylə bir bədnam ilə qövlü qərar etməkmolur.

Xakpayi əhli-dil ol, olmagil cəhlə rəfiq,Çün əbabil var ikən zaği şikar etməkmolur.

Cəhlini ürfan edəndə xaki pay olgil ona,Əhli söhbət görəcək ondan kənar etməkmolur.

Hər kəs öz eybilə səttarına tutmuşdur yüzün,Sən onun eybini açıb, şərmsar etməkmolur.

Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub,Sən onun gizlicə sirrin aşikar etməkmolur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, can fəda qıl bir vəfalı yar içün,Hər vəfasız bivəfanı ixtiyar etməkmolur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love