Ey könül, hərcai yari ixtiyar etmək nədir?Yari-hərcai sözünə etibar etmək nədir?

Güli-xoşbu var ikən, əlim tikanə sürtməzəm,Kəbki-rəna var ikən, zaği şikar etmək nədir?

Dəgmə bir cahil nigarın cövrini çəkmək nədən,Kərrə bir nakəs ilə qövlü qərar etmək nədir?

Ahu gözlü bir sənəm aslanları seyd eyləmiş,Ey müsəlman, ahular şiri şikar etmək nədir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Xətai, sirrini sən dəgmə yerdə söyləmə,Sirri aşiq dəgmə yerdə aşikar etmək nədir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love