Qəriblik
Ahü-vay çəkibən, qan ağlamaqdan,Dönübdü ciyərim qana, qəriblik!Hayana baxıram bir kimsənəm yox,Düşübdü yadıma ana, qəriblik!
Azarım çox olub ağrıyır başım,Didəmdən tökülür al qanlı yaşım,Yaxamı çürütdü zalım göz yaşım,Gətirdi canımı cana qəriblik.
Aləm bilir ki, mən necə sərxoşam,Bir tuti dilliyə mədhuş, bihuşam,Ağzmdan od tutmuş səməndər quşam,Qoydu məni yana-yana qəriblik.
Anam yoxdu başm açıb ağlaya,Bacım yoxdu ürəyini dağlaya,Torpaq gərək Məhəmmədi saxlaya,Bəlkə gəldi yar bu yana, qəriblik.
Kitabxana.az · https://kitabxana.az/en/works/varxiyanli-mehemmed-qeriblik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Səhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylərXirədməndi ki, daim aləmi-elm içrə seyr eylər,Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir.
GülməNə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Sharafnama, chapter 13Come, cup-bearer! that wine mixed with odorous herbs (the sight of God's majesty)Give to me, for Paradise has come much to my memory.