Nə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,Nə səninçin də, bu göylərdə, qızıl gün doğacaq...

Gecənin qəlbi qara bir daşa bənzər və göyün,Pərdəyi-zülməti altında ərir ahü fəğan...Sənin ancaq o fəğanındı bu könlümdə qalan!

Ummayardım bu səmadan, bu yaşıl çardağdan,Sənə bu ölkədə qanun qara bir daxma verib,Xana yıldızlı saraylar və yaşıl asma verib!

Yat bu viranədə, həsrətlərə qatlan... Gülmə!Gülmə! Solsun ürəgində açılan lalələrin,Öl! Ki sönsün o günəş rəngli o xoş zülfi-tərin...

Nə qədər ağlasan, ağla ki, sənin nalələrinBu qaranlıq gecənin qəlbi içində əriyir.Kimsə sormaz: – Bu qaranlıqda, bu səs, nalə nədir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice