Məktəb xatirələri
O günlər ki, gün buludu sökərdi,Yel yollara badam gülü tökərdi,Şair olan dəftərini bükərdi,Mədrəsəyə, səhər erkən gedərdik,Xan Nazimə təkrim, təzim edərdik.
Unutmaram, soyuq qışı, dağ, yayı,Qızıl günü, saf ulduzu, ağ ayı.Qacarlardan qalan hər bir misrayı...Bizi ora Xiyabani köçürtdü,Noğul, nabat verib, şərbət içirtdi.
Orda günəş pəncərəni bəzərdi,Gözəllərin kölgələri gəzərdi,Aynalardan şer, xəyal süzərdi,Yazıq olsun o yaldızlı evlərə!Lənət olsun onu pozan divlərə!
Xatırlaram mədrəsənin bağçasın,Göy asmasın, çiçəklənən alçasın.Gilasların, zərrin tağın, tağçasın,“Ayeyi yas” oxuyanlar yadımda,Xəyal toru toxuyanlar yadımda.
Cavanlıq ah, nə xoş günmüş, nə nemət,Yadımdadır o məntiqlər və hikmətCami-cəmlə nakam olan gənc Rüfət(Əski ədəb xərabəykən quru yer),Tərvic etdi o ilk dəfə yeni şer.
O əkdiyi ağac el oymağında:Çiçək açır bu gün Şiraz bağında,Yeni şerin lap güllənən çağında:Kimsə deməz Təqi Rüfət kim imiş?Şer yazan dərin hikmət kim imiş?
Yeni şer bar verərkən xəzanda,Xorasanda, İsfahanda, Tehranda.Anmaz onu kimsə bütün İranda,Kimsə ona mərmər türbə tikdirməz!Torpağını qucaqlamaz yaşıl rəz!
Öylə şair yoxmuş Azər elində,Cavahirmiş şeri türkü dilində.Mərifət yox, yazıq Təbriz əhlində,Bu gün zülmət bizim yurdu bürümüş!Bir çox Rüfət torpaq içrə çürümüş!
Atam mənim bədəviymiş, köçəri,Darvazadan bir gün girib içəri,Bağdan sovub, atlanarkən, çəpəri,Qızılsular məhləsində kök salmış,Dəvəçidən gözəl, göyçək qız almış!
Anam mənim ortaboylu bir xanım,Siyah saçlı, “Bayat” soylu bir xanım,Deyir, gülür, haylı, huylu, bir xanım,Zəncirəli güləcələr geyərdi,“Nuş-afərin” nağılını deyərdi.
Hər söz başı xumar baxıb gülərdi,Zülfün töküb başın asta əyərdi,Qış gecəsi bayatılar söylərdi.Ruha oxşar incə səsi var idi,Könülündə şer həvəsi var idi!
Anadır ki, yardım edər şairə,Naxış vurar soyuq, qara bir yerə.İlham verən bəlkə odur Sahirə,Anaların qucaqları cənnətdir,Bu dünyada doğma ana nemətdir.
Bizim evin abirusu var idi,Əlvan camlı urususu var idi,Qızıl rəngli gözəl sosu var idi,Keçən günlər, keçən günlər, xoş günlər!Ömrümüzdən qopub düşən boş günlər...
Payız günü qirizantım açmışdı,Sarı günəş solğun işıq saçmışdı,Getmiş idi atam, yoxsa qaçmışdı?Getdi, əfsus bir də geri dönmədi,Ocağının odu lakin sönmədi.
Qurumadı bağçamızın ağacı,Dörd qardaşlar qaldıq, təkcə bir bacı!Gah güzəran şirin oldu, gah acı,Hər bir günü günlər üstə qaladıq,Yetimlikdə böyüyərək yaşadıq.
Mən özümdən dastan demək istəməm,Qəza-qədər çərxi-fələk istəməm!Düşmənlərdən yardım, dilək istəməm...Bir şairəm, gecələri yatmayan,Öz şerini qızıl pula satmayan.
Uşaqlıqda qara yerdə süründüm,Cavanlıqda dərdi-qəmə büründüm,Üfüqlərdə sınıq ay tək göründüm.Kürdüstanda gah “mirzə”lik elədim,İstambulda bəxtiyarlıq dilədim.
Mən yurdumu özgələrə satmadım,Xələt alıb öz elimi atmadım,Məxmər, ipək yataq üstə yatmadım,Qədər mənə acı şərbət içirtdi,Düşmən məni yad ellərə köçürtdü.
Bəxtiyarlıq təkbaşına olarmı?Xalqın könlü sevincilə dolarmı?Cəhənnəmdə açan güllər solarmı?Yalnız əkən, yalnız biçən məhv olar?Özü töküb, özü içən məhv olar!
Gəlin dostlar, biz yaxından danışaq!Doğma şerin rəvacında çalışaq.Elimizin atəşiylə alışaq...Karvan keçər, yol üzərə kol qalar,Bağçabandan çiçək qalar, gül qalar.
Zaman atdı pərdələri aradan,Su kəsildi, işdən düşdü dəyirman.El gördü ki, kim dost imiş, kim düşman?Bir üzləri qaranlığa əyilmiş,Onlar günəbaxan gülü deyilmiş!
Hürriyyətdən zahirdə dəm vuranlar,Hay-küy salıb el-oymağı yoranlar.Xalq yolunda duzaq, kələk quranlar...Bu günədək durur şirin ordusu!Gəlir zülmət tanrısının gur səsi!...
Günüm keçdi, oldu qızıl gülüm xar!Şam sönməkdə, gecə soyuq, mənzil dar!Bu bağlanan qapıları kim açar?Şerin görüb, səni andım, şairim!Vətəndaşı demə dandım, şairim!
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-mekteb-xatireleri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.