Qovuldum ah, vətənimdən, elimdən,İllər boyu nələr gördüm, nələr mən.Daşdan-daşa dəydi başım qürbətdə,Möhnət oldu yar-yoldaşım qürbətdə.Tufan qopdu, pəncələşdim yellərlə,Yağış yağdı, axıb getdim sellərlə!Kölgələr tək dağı, daşı dolaşdım,Ölümlərlə, qaranlıqla dalaşdım.Haram oldu mənə baba ocağı,Yurdum oldu karvansara bucağı.Aclıq çəkib, korluq gördüm dünyada,Keçdi şamım, söndü odum, ocağım.Məndən sonra axmaz oldu bulağım.

Bəlalı ay hələ başa çatmadan,Boz dağlara günəş işıq salmadan,“Su başından” bir gün keçdim sübh çağı,Gördüm sönüb xalqın odu, ocağı.Qaçıb getdim o cəhənnəm odundan:Gördüm bütün yerdə ölüm, atəş, qan!Mənzil kəsib, getdim-getdim ikindi,Nə çay gördüm, nə bağ, nə bir tikinti!Gördüm yalnız kətdən iraq, bir ağaBir əsiri salıb qara bir dama.Su istədim, cavab aldım qırmancla,Ağzı qanlı ötüb getdim yamacla...Gəzdim çölü, görmədim də heç kimi,Yol üzərə düşdüm qara daş kimi!

Səhər məni bir incə səs oyatdı,Ürəyimə yara vurub qanatdı.Torpaq üstə nədən belə yatıbsan?Hardan gəlib buralara çatıbsan?Ağzın qanlı, üstün-başın tozludur!Su istərsən? Gəl iç, sərin, buzludur.Baxıb gördüm: alnı pullu gəlindir!

Bəstisinin suyu şirin, sərindir.Eşitdimsə onun aydın, şən səsinGözlərində gördüm qəmin kölgəsin.Dedim: “Gözəl, burax məni, get yana!Əllərini bulaşdırma al qana...Burax məni, kölgəlikdə dincəlim,Sən get kəndə, hara desən mən gəlim.”Ağaclıqda qara bir dam göstərib,Dedi: “Tez gəl, sən qəribsən, biz qərib...”

Palçıq bir ev, qaranlıqdır hər yanı!Bir zindandır əzən, boğan insanı!Yeri şehdir, divarları şeh, yıxıq,Qapısından düşür yerə al işıq.Kilim üstə oturmuşdur bir qarı,Gözü yaşlı, rəngi uçuq sap-sarı.Bir bucaqda köhnə beşik sallanır,Hisli qara bir ocaqda od yanır.Bahar kimi gəlin girir qapıdan!Tutmuş əldə südlə dolu “Kumacdan”,Süfrə salıb, – qonaq yaxın gəl, deyir,Mənə çörək verib, özü də yeyir...– Neçə ev var? soruşuram bu kətdə?– Axtarma sən, qonaq, adam bu kətdə...Qorxudurdu ərbab bizi hər gecə,Ölüm döyür qapımızı hər gecə!Kök salıbdır, qonaq, şeytan bu kətdə!Nə axtarır viran olan bu kətdə?

Ürəyimdə sözü yanğın varsa da,Ayaqlarım yara, başmaq darsa da.Dalımca ah ölgün kölgəm sürünür!Qara ölüm mənə aydın görünür!Yola düşüb yenə yoldan keçirəm,Şoranlıqda acı sular içirəm.Düşünürəm: böyük, geniş cahana,Kim qəm saldı, qərq elədi al qana?Qəmlənirəm kəndli yeri sürəndə!Boz,ağ, qara köşənləri görəndə...Lüt ağacdan quşlar uçub gedərkən,Payız günü dağdan qaş-göz edərkən.

Günəş qızıl alov saçır hər yana,Lakin aləm ondan olmuş qəmxana.Tükənməzdir bu dünyanın sərvəti,Yox kəndlinin nə çörəyi, nə əti.Kəndli haqqın istəyəndə, mülkədarDivan tutar ona, həm də şər atar!Bəslədiyi bağdan ona pay verməz,İşlədərkən çörək verməz, çay verməz!Vəhşi kimi kəndli yaşar nikbətdə,Qovularkən canı çıxar qürbətdə.Can yandırar bu ölkədə kim ona?Həq danışsa, boyanar o al qana!

Savalanın odu, suyu qaynadır,Baxsan üfüq açıq mavi aynadır!Bu yer yaşıl bir cənnətdir el üçün,Belə gözəl olmaz japon, hindi-Çin.Bu yer bir az Ərdəbildən yuxarı,Səreyindir, isti sular diyarı.Bahar sonu dağlarında ərir qar,Yay arası qızıl güllər açılar.Bal arısı onda məkan salıbdır,Bal rəngini kəhrəbadan alıbdır.Cənnətlərdən sürgün olan gözəllərSəreyində hər yay zühur edərlər.

Burax bayquş xarabada banlasın,Xalqı düşmən söyüb-söyüb, danlasın.Lakin zaman dəyişməzdir mədarın,Qurumazdır qızıl qanı əhrarın.Şair yenə şer yazar el üçün,Qarlar ərir, çaylar üçün, sel üçün,Boz buludlar günün önün tutammaz,Özgə oymaq yurdumuzu udammaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets