Bir parça

Sökülmüşdü dan yeri, çöl quşları ötürdü,Turunc rəngli işıqlar dağlar başın öpürdü.Yosun qoxan bir hava Araslardan əsirdi,Qatar uzun yolları mənzil-mənzil kəsirdi.Pəncərədən baxırdım yatar kimi hər yerə:Ağ örpəkli dağlara, yaşıl geymiş çöllərə,O pərdədə görünən xəyalımın kölgəsi,Sanki mənə deyirdi: Bax, gözəllər ölkəsi!Röyalarda gördüyün tilsimli pərdələr:Bu güllənən yollarda bahar əli nəqş edər.Bax! Gün doğur uzaqdan, azadlığın günəşiBu yolları sarıyan altun işıqlar deyil,Azadlığın nurudur, şair, hörmətlə əyil!..Alqışla bu günəşi, ulduzların sürurin,Bu bucaqsız çölləri, şənləndirən rəhbərin,Röyalarda gördüyün cənnət yolu bu yoldur,Bu yol arzu yoluna çönüb gedən bir qoldur.

Bax teleqraf telində civildəşən quşlara,Qara ipək pərlərə, mini-mini başlara,Onlar sənə hər biri yol göstərir uzaqdanBilirlər ki, gəlirsən Xorasandan, Əraqdan,Bilirlər ki, Təbrizdən yarı gecə keçmisən,Səhəndin al camından sərin sular içmisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets