Qorxma!
Qorxma, bu mavi göy altında yanan günəşin,Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.İlk baharına açacaq gül, ötəcək bülbüllər,Dünyamız bir də bu aləmdə xəzan görməyəcək,
Dünya durduqca Səhəndin uca bürcündə yanan,Ol gümüş rəngli ay yolları aydınlaşdıracaq,Axacaq nəhrlərin, həm açacaq lalələrin,Bir də evlərdə inan sönməyəcək od və ocaq.
Ey mənim şanlı elim, həmvətənim, al günəşim,Ayna tək parlaq üfüq, dərya təkin çərx əsir.Ey qadınlar, analar, bircə açın pəncərəni,Sübh açılmaqdadı, sübhün yeli dağlardan əsir...
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-qorxma
Use ← → keys to move, R for a random poem
More by this author
Açılmışdı qrizantım gülləriXəzan olmuş bağçamızda bir səhər.
Çöl çiçəyiBir keçən buludun, göz yaşlarını,Qana-qana içib, açılan çiçək.
Meşələrin qoynundaYoldan iraq bir yerdə, meşələrin qoynunda,Su başında qurulmuş, səhər atlas çadırlar.
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...
Poems by other poets · Nature and spring
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Əsgər ürəyiBallada*Varnada günəş batır...
Bahar oldu, könüllər şad olan mövsümdü, yarım yoxBahar oldu, könüllər şad olan mövsümdü, yarım yox,Başımda nəşeyi-mey, əldə cami-xoşgüvarım yox.
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.