Yoldan iraq bir yerdə, meşələrin qoynunda,Su başında qurulmuş, səhər atlas çadırlar.Çadırların içində, gözəl üzlü kənizlər,Min cür işrət əsbabı, əmir üçün hazırlar.

Çadırlara döşənmiş zər baft, ipək xalçalar,Xalçalara səpilmiş qızıl güllər yarpağı.Gün doğmada, əmir də, bir gül üzlü dilbərlə,Bağçalar içrə gəzinir, bir yuxarı, aşağı.

Quşlar tək-tək uçurlar, ağacların ardından,Su səsilə bərabər, qızlar səsi yüksəlir...Ahəngdar bir hava, yavaş-yavaş titrərkən:Əmir başqa bir qıza, çəmənlərdə rast gəlir!

Ərğəvani bir qəmgin, gözəl bir pəri,Uzun kipriklər altı, süzür yoldan gələni.Sanki qoca əmirə, sorur bayğın nəzərlə,“Yanındakı gözəli, çox sevirsən, ya məni?”

Əmir gülür... Yanında duran gəlin qızarıb,Qanlı ala gözlərlə rəqibəsin süzdürür.Min gözələ bənd olan, sərsəm ərəb əmiriBir gözəli dutmadan, bir ahuyi ürküdür!

Yaşıl örtü meşələr, qızıllaşır günəşlə,Su başları qızlarla, çiçəklənir, güllənir.Saz nəğməsi ucalır – bir cariə oxuyur,Onun əks sədası, dağlar içrə səslənir.

Bir qız çıxır pərdədən, yarı çıplaq, zöhrə tək!Uzun, siyah saçları, həlqələnmiş, burulmuş,O bir gözəl rəqqasə, bir racənin qızıdır,Əmir ona vurğunkən, o “özgə”yə vurulmuş!

Saz nəğməsi incəlir, qaval səsi oxşayır,Gözəllərin könlündə, yatan dərin sevgini.Piyalələr mey ilə dolub, sonra boşalır,Saqi şərab verirkən: – Satır “əmir” dinini.

Saqi on dörd yaşında, bir afətdir Ərəbdə,Şairlərin şeridir, eşqlərin röyası.Danışarkən sanarsan, onun şirin səsidir,Gecə bağlar içində, eşidilən su səsi.

Yaşıllanan meşələr, pərdələnin, axşamdır,Qızlar sərapərdədə, “əmir” bağda tək qalmış.Quşlar uçmuş bağlardan, sular düşmüş axmaqdan,Piyalələr qırılıb, sürahilər boşalmış...

Pərdələnin meşələr, pərdələndi xeymələr...Əmir atlas çadırda, sərməst dalmış uyğuya.Cariələr hər nəgi, bir qələmin qoynunda,Gecə olmuş... ulduzlar tökülmüşlər də suya.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern