Peyğam

Şəfəqlərdə uçan axşam quşları,Məndən salam deyin gözəl Təbrizə.Qatar ilə gedən vətənə sarı,Arxadaşlar! Bir baş vurun da bizə.

Açın mənim taxta, sınıq qapımı,Görün əziz anam yoldan gəldimi?Uşaqlarım görün, unutmuş qəmi?Yoxsa ölüm, aclıq verib diz-dizə?

Buraxmayın evim nəmdən çürüsün;Qoyun səba tozlarını süpürsün...Qızıl günün nuru onu bürüsünToxunmayın bənövşəyə, nərgizə...

Duman çöküb üfüqləri qaratdı,Mənə qürbət bir cəhənnəm yaratdı...Xəzan yeli bağçamızı saratdı,Daha nələr deyim? Dostlar mən sizə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring