Kimlərdir?
Gecə vaxtı ulduzları sayanlar,Bulaqların nəğməsini duyanlar,Öz ömründən usananlar, doyanlar,Sabahatək oyaq qalan kimlərdir?
Dəniz coşub qabararkən dalğalar,Buz suları ay edərkən zərnigar,Gecələrin ahəngilə biqərar,Pərvanə tək şəmə çarpan kimlərdir?
Qızıl, sarı yarpaqları dağıdan,Sular üstə kəhrəbayi bir xəzanBir alagöz, sarı gülə oxşayanƏfsununa məftun olan kimlərdir?
Axşamçağı tozlu yolda sürünən,Uzaqlardan şübhələr tək görünən,Qaranlığın örtüsünə bürünən,Uzun-uzun fikrə dalan kimlərdir?
Gözəllikdən sərməst olan, olmayan,Yar eşqindən saralmayan, solmayan,Bir nəğməylə gözü yaşa dolmayan,Şairləri dəli sanan kimlərdir?
Şair sözün hər dinləyən anlarmı,Şerdəki gizli qalan min qəmi?Anlamayan deyil könül məhrəmi,Naməhrəmə həmdəm olan kimlərdir?
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-kimlerdir
Use ← → keys to move, R for a random poem
More by this author
O günlər ki, gün buludu sökərdi,Yel yollara badam gülü tökərdi,
GülməNə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,
Gecə keçmiş yarıdanGecə keçmiş yarıdan gözüm yolda... yollarda,Bu qaranlıq gecədə nə gedən var, nə gələn.
Son sözNə söyüd kölgəsi altında, nə çay nəzdində,Nə yaşıl bağlar içində, məni basdırma, sakın!
Poems by other poets
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Mahi-məhərrəm oldu yenə göylər ağladıMahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Mahi-ənvərdiKönül bir cananm sevdasmdadı,Cismdə insandı, mahi-ənvərdi,