Gecə keçmiş yarıdan gözüm yolda... yollarda,Bu qaranlıq gecədə nə gedən var, nə gələn.Hava durğun, yel əsməz, pərdələri oynadanO qələmkar pərdəyi – çapqın xəyal sənmisən!

Gecə keçmiş yarıdan... çırağımın şöləsiAlaqaranlıqlarda bir ulduz tək sönmədə.Görmədim uzaqdan sönük sarı bir ulduzTaleyimin ulduzu üfüqlərə yenmədə...

Səhər uzaq, yol uzaq, tilsimli arzular,Zülmətlərin içində tozlu qalmış, boş qalmış,Karvan keçməz o yoldan, aydınlatmaz Ay onu,Bir gecədir ki, ona ayrılıq kölgə salmış.

Sahir, yalnız deyilsən, mavi göyün altında,Gecələri yatmayan və yollara göz dikən.Bir çoxları sənin tək itib getdi bu yolda,Sönüb keçən kölgə tək, Sahir, sən tək deyilsən.

Başa çatmış bu gecə, xoruz səsi ucalır,Yolu duman bürümüş, nə gedən var, nə gələn!Hava durğun, yel əsməz – pərdələri oynadan,Bu ayrılıq çağında, ey nazənin, sənmisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets