Son söz
Nə söyüd kölgəsi altında, nə çay nəzdində,Nə yaşıl bağlar içində, məni basdırma, sakın!Və nə mərmərdən olan böqədə həbs eylə məni,Qoy göy altında yatım, bir dərədə, dağa yaxın...
Sürxabın qırmızı dağlar ətəyində böyüdüm,Və onun ətri məni məst elədi gənclikdə...Sirdaşımdır o qızıl dağ və ağacsız dərələr,Görmüşük biz qara günlər, aclıq, birlikdə.
Salmadı sevgi mənə sayə bu aləmdə... inan,Bir xəyal tək quru çöldə əridim hər axşam.Mən günəşlərlə, işıqlarla danışdım, nə gərək,Qara torpaqda qalam, kölgəli yerlərdə müdam?
Qoy göy altında yatım, boş dərədə, dağa yaxın,Hər səhər bir quş oyatsın məni ahəngi ilə!Sürxabın dağ ətəyində, burax, asudə yatım,Əriyim mən qucağında, boyanım rəngilə...
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-son-soz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir tazə qurum qurduq, onun adı bilinmir,Gün qarə olan yerdə, balın dadı bilinmir.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
BəzənibdirYarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.