Qar yağıb üstümə
Qar yağıb üstümə, qara ağacamƏsməyincə yellər, qarlar tökülməz.Qonublar qarğalar başıma axşam,Ağırdır, axşamın dərdi çəkilməz...
Günbatana sarı uzanır yollarYolların sonunda qanlı diyar var.Gecələr orada bayquşlar ularXəzanı yaslıdır, baharı gülməz.
Qara tufan salıb yenə hay-huyu,Bağlarda tikanlıq, yollarda quyu.Zəhərlənib çoxdan çayların suyu,Zəhərli çayların suyu içilməz.
Məşriqdə sitəmin təndiri yanar,Şair dərvişliyi səltənət sanar,Qara selə ancaq dağlar dayanar,Namərdlərə mərdin başı əyilməz.
Üstümə qar yağsa günəş əridər,Şimal yeli yeri gülüstan edər.Yad vurub ellərə qara ləkələrGöz yaşilə bunca ləkə silinməz.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-qar-yagib-ustume
Use ← → keys to move, R for a random poem
More by this author
Bu şeir İstanbul türkcəsilə yazılmışdır*Anəm bana söylərdi, qaranlıq gecələrdə,
Ey qəmərSən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Anam üçünYelkən öpüşü tək quru yaprağın,Sükutu titrətdi, durğun suları.