İnqilab
Payız idi, sərin yellər əsirdi,Ağaclardan solğun yarpaq əlirdi.Ələ aldı çomaq, geydi çarığınTərk elədi doğma yurdun, oymağınYola düşdü səhər çağı TəbrizdənDağ yolunda içdi axar kəhrizdən.Qaranquşlar köçməmişdi bağlardaToyuq, xoruz eşenirdi ortada.Dağı, daşı bürümüşdü al günəş,Qalanmışdı quru yonca, ot, küləş.Girdi kəndə, tıqqıldatdı qapınıDedi: – Ay qız pəri, Məhidi!Gəl bəri.Güllü bacı çıxdı dərhal pəyədənDedi: – Səməd xoş gəlibsən.Gəl görək.Sərinləşib hava, bəlkə üşürsənDur gəl evə, verim sənə çay, çörək.Pay saxladım sənə təndir aşındanÇıxart hələ papağını başından.Nə var, nə yox, bir de görüm şəhərdə?– “İnqilab var Güllü bacı hər yerdə!”– O nə demək dayna? Nədir inqilab?– O bir yağlı paydı, ballı halvadı.– Qadan alım, bəs o halva hardadı?– Vəzirimiz göndəribdir Təbrizə.Bu gün, sabah bacı, verərlər sizə.Fikrə getdi, Güllü dedi: – İnanmam.Mən bir türkəsayaq arvad, heç qanmam.Gəldi kəndə qarnı yoğun hökmranPayladılar “məşrutə”ni bir zaman.Yetişmədi bizə, xanlar bölüşdü,Kəndxuda da onlar ilə görüşdü.Taladılar var-yoxunu ellərin,
Apardılar əkinçinin yerlərin.“Məşrutə”dən bir şey bizə çatmadı,“İnqilab”dan qadan alım, deyirsən.Kəndlilərə bu dünyada nə çatar?– Sanma bacı, dünya belə qalacaq.Sönməyəcək yandırdığın od, ocaq.Ağ inqilab yaraları sağaltmaz.Qış tükənər, yenə kəndə gələr yaz.Baxacaqsan bir gün dağdan gün aşdıİşığından sönük gözün qamaşdı.Palçıq evin, qara pəyən yıxıldı.Ağ kərpicdən sənə ataq tikdilər.Nəvələrin şəhərə dərsə getdilər.Çay-çəmənlər, bağ-bağçalar bölündü,Uzaqlardan aydın səhər göründü.Xatircəm ol bacı, deyim mən açıqBir də olmaz kəndistanlı dərbədər.Aydınladar yurd-yuvanı ağ işıq,Yurdda qalmaz “Rəhəti”dən bir əsər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-inqilab
Use ← → keys to move, R for a random poem
More by this author
Əqrəb yuvası, palçıq evlərdə,Daş əsrindən qalma iyrənc yadigar,
QurbanlıqGənc azərbaycanlı yazıçı*Səməd Behrəngi Arazda üzərkən boğuldu.*
QaraçılarSiz çöllərdə, biz şəhərdə çürüdük,Deyin görüm, macarmısız, yoxsa türk?
Şerin səsiGün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.