Bağdagül, qadan alımŞəkərim, sarı balım.Tozlandı sən gedəli,Daş aynam, güllü xalım.

Uzundu gecə bitməz,Çırağım işıq verməz,Ay çıxır, gəl ey gözəl,Kölgə tək bağçanı gəz.

Gün idim, hər axşamda,Tif idim billur camda,Lalə idim, kəklik otuYaz günü yaşıl “Yam”da.

Xatirən gözəl qaldı,Payızdan xəzəl qaldı,Toz basmış dəftərimdəSənə bir qəzəl qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring