Çəkəli əynimə bu sikkeyi-mərdan kəpənək,Biləsən, qıldı mənim dərdimə dərman kəpənək.

Kəpənək geydiyimə kimsələr eyb eyləməsin,Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək.

Kəpənək geymişəm, əndişədən azad olubam,Üşümək müşkülünü eylədi asan kəpənək.

Mə’rifət əhlinə gəldi kəpənək ətləsi-xas,Nə rəvadır ki, geyə cahilü nadan kəpənək.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, yeri gey, xirqə ərənlər donudur,Geymədi münkir anı, sandı ki, zindan kəpənək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice