Dərdmənd etdin məni, ey dərdə dərman erməni
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dərdmənd etdin məni, ey dərdə dərman erməni,Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, səy eylədim nazik camalın görməyə,Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsayi-Məryəm həqiçün, heç qərarım qalmadı,Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Xanda bir xaç əhli varsa qamusun seyr eylədim,Bulmadım mən sən təki bir cani-canan, erməni.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bir sual etdi Nəsimi sən büti-mehparədən,Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-derdmend-etdin-meni-ey-derde-derman-ermeni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Desəm dünya qədər sevirəm səni, inanma,Desəm səma qədər sevirəm səni, inanma.
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
شب دوشینه خیالت به عیادت سحریبر بالین من آمد که فلان هان خبری
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.