Dil bazarçısı yalandır, varmazam bazarinəGerçək olmaz əyri dil, inanmazam iqrarinə.

Sadiq oldur dilini könlü ilə bir eyləyəƏyri dildən nəsnə gəlməz, durmuşam inkarinə.

Van möhnətdir cahanın, nə umarsan, ey könülLənət olsun bu cahana, həm cahanın varinə.

Dilbəri oldu kimin kim, fani dünya aqibətKeçdi ömrü doymadı, irişmədi dildarinə.

Təxtə çıxmaq istəməz Mənsur olan, ya minbəraHər ki, Mənsur oldu, çıxdı şahi-eşqin darinə.

Dünyanın nazfi naimi cifədir, yəni nəcis,Ey könül tahirsən axır sunma el murdarinə.

Həq bilir işini, səbr et, fariq ol, qüssə yemə,Vəqti yetsin bu cahanın qoy və qatlan karinə.

Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz,Dərmə ğülündən anın, çün güli dəyməz xarinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür,Qəm deyil gər kimsə olmaz müttəla esrarinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love