Yayılan məni
Payız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.Götür qələm, sərxəttimi yaz mənim,Qoyma dərgahından yayılan məni.
Hüsn içində yar almısan, yar alım,Soruşmadın, halın nədir yar alım.Gəncin üstən götürmərəm yar əlim,Ya əqrəb dişləyə, ya ilan məni.
Məhrum olmaz, şəcər qucub nar əmən,Sənsiz getməm, behiştə mən, narə mən.Təcüb qaldım, qoynundakı narə mən,Niyə atar sərxoş, yay ilan məni?
Xəstə Qasım gördü, əmanə gəldi,Qəvvaslar dürr üçün əmanə gəldi.Sinəm ox zərbindən əmanə gəldi,Dəxi nə tapdarsan yayılan məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-yayilan-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.
YaxşıdırQüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Tər gülər SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm,
Ahular məniGecə-gündüz ağlaram mən dərində,Qocaltdı nalalar, ahular məni.
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Sevənlər oxusun, sevməyənlər yoxSevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!
Ey qəmərSən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü