Gecə-gündüz ağlaram mən dərində,Qocaltdı nalalar, ahular məni.Yarəbim, bu dərdü-nalam eşidib,Gəlibdi qapında, ahular məni.

Həkkak istər həkk etməyə qaimdi,Həqiqətin qapısında qaimdi,Çox yaxşıdı öz dinində qaimdi,Cahil müsəlmanlar ahular məni.

Xəstə Qasım, kim yaraşır əğyara,Bayqunu gör, məskən salmış ağ yara,Bilmənəm ki, neyləmişdim əğyara,Yatar, durar, hər dəm ahular məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice