Görüncə
Gözəllər gözəli, şahi-gülbədən,Didəm ağlar mən camalın görüncə.Aşıq deyər: görüncə,Siyah telin görüncə,Get bir mərdə qul ol sən,Namərd üzün görüncə.Mina gərdən, büllur buxaq, diş inci,Çəkilibdi hilal qaşlar gör incə.
Kim yetikdi həqiqətin evinə,Həqiqətin, mərifətin evi nə?Aşıq deyər: evinə,Xanəsinə, evinə,Yağıb qəmlər yağışı,Viran könlüm evinə.Dolanmayın heç namərdin evinə,Gözü çıxar bir qonağı görüncə.
Kim cahanda aşıq oldu avara,Dolandı dünyanı qaldı avara,Aşıq deyər: avara,Məcnun gəzər avara,Uyma namərd felinə,Səni qoyar avara.Xəstə Qasım, nə gəzirsən avara,Ölüm yeydi bu günləri görüncə.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-gorunce
Use ← → keys to move, R for a random poem
More by this author
Payız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Təcnis: Ərənlər sərvəri Şah QulkəfiƏrənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,
Qarı və Şah Sənəm— Qarı:Otağımdan durdum, gəldim yanına,
Poems by other poets
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
ای صبح سعادت ز جبین تو هویدااین حسن چه حسنست؟ تقدس و تعالا
DünyadaSəadətdə kəskin oldu kimin baxtı dünyada,Kani-saxa nəzər etdi, ya xoşbaxtdı dünyada.